Oktyabrın 20-də Oğuz rayonu İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq tərbiyəsi milli-mənəvi dəyərlər kontekstində” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Samir Salehov, Rayon Gənclər və İdman Sektorunun aparıcı məsləhətçisi Elvin Qarayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, uşaqların milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi onların mənəvi dünyasının zənginləşməsində, şəxsiyyət kimi formalaşmasında və cəmiyyətə faydalı fərdlər kimi yetişməsində mühüm rol oynayır. Bildirilib ki, milli köklərə bağlılıq, ailə dəyərlərinə hörmət, böyüklərə ehtiram, kiçiklərə qayğı, dürüstlük və humanizm kimi keyfiyyətlər uşaqlara erkən yaşlardan aşılanmalıdır.