Samuxda “İslam həmrəyliyi İslamda birgəyaşayış ənənələrinə xidmət edir” adlı tədbir keçirilib
08 may 2017, 07:11
Mayın 8-də Samux rayon Əhmədbəyli kənd Elton İsgəndərov adına tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi İslamda birgəyaşayış ənənələrinə xidmət edir” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, şöbənin məsləhətçisi Rövşən Hacıyev, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova, RİH-in əməkdaşı Mehman Əliyev, rayon axundu İlham Məmmədov, kənd sakinləri, ziyalılar və dindarlar iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, dövlət başçısının 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı imzaladığı Sərəncam müasir dünyanın mübtəla olduğu radikalizm, islamofobiya və irqçilik bəlalarına qarşı mübarizə yolunda atılmış addımdır. İstər Qurani-Kərimdə yazılmış ayələrdə, istərsə də hədislərdə İslamın hər zaman sülh və həmrəylik tərəfdarı olması da vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.