Qaxda “Müasir dövrdə milli-mənəvi dəyərlər və ailə institutu” mövzusunda tədbir təşkil olunub
19 avqust 2026, 17:53

Avqustun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Müasir dövrdə milli-mənəvi dəyərlər və ailə institutu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Qax rayonu üzrə gənclər və idman sektorunun inzibati binasında baş tutan tədbirdə DQİDK-nın Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax RİH-in baş məsləhətçisi Fərid Muradov, Gənclər və idman sektorunun baş məsləhətçisi İlqar Qədimov və rayon gəncləri iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığından bəhs olunub, müasir dövrdə gedən proseslərin milli-mənəvi dəyərlərin aşınmasına və yad mədəniyyətlərin mənimsənilməsinə təsirindən danışılıb. Eyni zamanda, ailə institutunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramları barədə məlumat verilib.

Sonda iştirakçıların mövzu ətrafında fikirləri dinlənilib.