Mingəçevirdə “İslam həmrəyliyi zamanın tələbidir” mövzusunda tədbir baş tutub
26 aprel 2017, 08:51
Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Mingəçevirdə “İslam həmrəyliyi zamanın tələbidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 1 N-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rizvan Mikayılov, məscidlərin axund və imamları, dini icma və bələdiyyə üzvləri iştirak ediblər.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 1 N-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rizvan Mikayılov, məscidlərin axund və imamları, dini icma və bələdiyyə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər Bələdiyyəsinin sədri Coşqun Abdullayev vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır və müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.
Tədbirdə “İslam həmrəyliyinin təbliğində dini qurumların rolu” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov cəmiyyətdə dini radikalizm və ekstremizmi yaradan amillər və onlara qarşı aparılan mübarizə metodlarını diqqətə çatdıraraq dini maarifləndirmənin gənclər arasında aparılmasının zəruriliyindən bəhs edib. O, həmçinin, İslam həmrəyliyinin təbliğində dini qurumların fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “İslam həmrəyliyi insanları barışa səsləyir”, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı “İslam həmrəyliyi beynəlxalq kontekstdə ikili standartlara qarşı”, Mingəçevir şəhər “Mənəvi Saflıq” Vətəndaş Maarifçiliyi Fondunun sədri Əhməd Məmmədov “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzularında çıxış ediblər. Çıxışlar ətrafında müzakirələr zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin 1 N-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rizvan Mikayılov rəhbərlik etdiyi ərazidə yerləşən ziyarətgah və məscidlərdə dindarlar arasında münasibətlərin qarşılıqlı anlaşma şəraitində təşkil olunduğunu, “Heydər” məscidinin axund müavini Bəhruz Əhmədov, “Heydər” məscidinin imam naibi Müşfiq Nəcəfov və “Cümə” məscidinin imamı Vüsal Abdullayev fəaliyyət göstərdikləri məscidlərdə məzhəblərarası tolerantlığın mövcud olduğunu bildirərək bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin gənclərin tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tədbirlər Planına uyğun olaraq keçirilib.