Masallıda “Heydər Əliyev irsi və İslam həmrəyliyi ” mövzusunda elmi-praktik konfrans keçirilib
27 aprel 2017, 02:44
Aprelin 27-də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yeni Azərbaycan Partiyası Masallı Rayon təşkilatının  birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı “Hedər Əliyev irsi və İslam həmrəyliyi” mövzusuda elmi-praktik konfrans  keçirilib.
Konfransda DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin və YAP Masallı rayon təşkilatının əməkdaşları, Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Mirqiyas Təhməzov, dini icma sədrləri, ziyalılar və gənclər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Masallı Rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, müasir Azərbaycanda mükəmməl dövlət-din münasibətləri sisteminin formalaşması və tətbiqi müstəqil dövlətimizin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
“Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda məruzə ilə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri, milli-mənəvi, o cümlədən dini dəyərlərin qorunmasında, tolerantlığın və dinlərarası dialoqun təşviq edilməsi sahəsində zəngin irsinin öyrənilməsi Azərbaycanla yanaşı digər ölkələr üçün də  örnəkdir.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov çıxışında Ulu Öndərlə bağlı xatirələrindən söhbət açaraq, Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması sahəsində  gördüyü işlərdən danışıb.
Konfransda Masallı Dövlət Regional Kollecinin müəllimi Nazim Əliyev, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, ilahiyyat üzrə fəlsəfə doktoru Əliqulu Qardaşov və başqaları çıxış edərək Ulu Öndərin zəngin irsinin İslam həmrəyliyinə  verdiyi töhfədən söhbət açıblar .
Diskussiya şəraitində keçən elmi-praktik konfransda iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.