Kamil Mamedov: "Azərbaycana səfər bizim üçün həm mənəvi, həm də tarixi baxımdan çox əhəmiyyətli olacaq"
07 sentyabr 2026, 18:40

“Gürcüstandan gəlmişəm. Səfər çərçivəsində artıq bir sıra ziyarətlərdə olmuşuq. Sabah isə Şuşa şəhərinə yola düşəcəyik”.

Bu sözləri Gürcüstandan gələn din xadimi Kamil Mamedov söyləyib.

Səfərin məqsədi barədə danışan K.Mamedov deyib: "Səfərin məqsədi dörd ölkənin - Türkiyə, Gürcüstan, İraq və Azərbaycanın din xadimlərini bir araya gətirmək, onların bir-biri ilə tanış olmalarına və daha sıx əlaqələr qurmasına şərait yaratmaqdır. Bir sözlə, məqsədimiz din xadimlərinin bir araya gəlməsi, tanış olması və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsidir".

O, Qarabağa ilk səfərinin çox həyəcanverici olduğunu bildirib: "Qarabağa, xüsusilə də Şuşaya uzun müddətdir getməyi arzulayırdım. Şuşada Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcəyik. Daha sonra Ağdam şəhərinə gedərək Ağdam Cümə məscidinə və şəhərin digər tarixi məkanlarına baş çəkəcəyik".

AZƏRTAC