“İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir baş tutub
26 iyul 2017, 08:26
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdaş rayon Qəribli kənd məscidi dini icması tərəfindən iyulun 26-da “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” layihəsi çərçivəsində Ağdaş rayon Qəribli kənd tam orta məktəbində “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Tural Ələkbərov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Qəribli kənd məscidi dini icmasının sədri Daşqın Məmmədov, kənd tam orta məktəbinin direktoru Pünhan Balakişiyev və kənd ictimaiyyəti iştrak ediblər.
Tədbiri  giriş sözü ilə açan Qəribli kənd tam orta məktəbinin direktoru Pünhan Balakişiyev çıxışında bu cür maarifləndirmə tədbirlərinin məktəbdə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, daha sonra ölkəmizin multikultural, tolerant, eyni zamanda həmrəylik dəyərləri baxımından dünyaya nümunə olmasının qürurverici olduğunu qeyd edib.
Mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev tolerantlıq, multikulturalizm və İslam həmrəyliyinin Azərbaycan modelinin hazırda dünyanın aparıcı dövlətlərinin universitetlərində tədris olunmasından bəhs edib, xalqımızın tarixən malik olduğu dəyərlərimizin hər birimiz tərəfindən yüksək səviyyədə təbliğinin vacibliyini tədbir iştrakçılarının diqqətinə çatdırıb.
Daha sonra Ağdaş RİH başçısı Aparatının əməkdaşı Səbuhi Musayev məruzəsində gənclərin dini və digər mövzularda keçirilən tədbirlərdə iştrak etmələrinin vacibliyini vurğulayıb.