İslam həmrəyliyi sülhə çağırışdır
05 may 2017, 08:29
Mayın 5-də Zaqatala rayon Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi sülhə çağırışdır” mövzusunda seminar-treninq keçirilib.
Tədbiri giriş sözü ilə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəliyinin əməkdaşı Zümrüd Ağakişiyeva açıb və tədbirin mahiyyəti barədə məlumat verib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunması, mədəniyyət işçilərinin bu il çərçivəsində  həyata keçirdikləri tədbirlərin əhəmiyyəti barədə danışıb, Azərbaycandan dünyaya səslənən bu həmrəylik çağırışının vacibliyinə diqqət çəkib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov mədəniyyətin və mədəniyyət işçilərinin cəmiyyətdəki rolundan, mədəniyyətin dinlə münasibətlərindən, o cümlədən İslam dininin Azərbaycan mədəniyyətindəki rolundan danışıb.
Zaqatala rayon Prokurorunun müavini Qəhrəman Əsgərov radikal dini cərəyanların milli və İslam həmrəyliyinə zidd fəaliyyətlərindən, həmrəyliyin qorunmasında hər kəsin öz üzərinə düşən vəzifəni yerinə yetirməsinin vacibliyindən bəhs edib.