“İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib
12 may 2017, 04:20
Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və SOCAR-ın birgə təşkilatçılığı ilə Neft Kəmərləri İdarəsi və Təhlükəsizlik İdarəsinin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Ceyhun Əliyev, Neft Kəmərləri İdarəsinin Kadr və rejim üzrə rəis müavini Şaiq Osmanov və sosial məsələlər üzrə rəis müavini Məmməd Əliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan SOCAR-ın Neft Kəmərləri İdarəsinin Kadr və rejim üzrə rəis müavini Şaiq Osmanov ölkəmizdə multikulturalizm və tolerantlığın həyat tərzi olduğunu diqqətə çatdırıb.  
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov Dövlət Komitəsinin dini maarifləndirmə, eləcə də tolerantlığın qorunması məqsədi ilə radikal təfəkkürlü təbliğata qarşı həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Bildirib ki, milli-mənəvi dəyərlərimizin təbliğ olunması və qorunması prioritet istiqamətlərdən biridir.
Tədbirdə çıxış edən  DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu və bunun dünyaya sülh, birlik və qardaşlıq mesajı olduğunu vurğulayıb.
Sonda çıxış edən SOCAR-ın Neft Kəmərləri İdarəsinin sosial məsələlər üzrə rəis müavini Məmməd Əliyev bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.