“İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib
30 may 2017, 09:42
Mayın 30-da Bakı şəhəri Nərimanov rayonu 82 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə“İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.
“Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda təşkil olunan tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Əlizadə və Vasif Musayev, Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Toğrul Əliyev, şöbənin əməkdaşı İbrahim Əsədov, məktəbin direktoru Vaqif Mehdiyev, müəllim və şagird kollektivi iştirak ediblər.
Dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edən V.Mehdiyev Azərbaycanın tarixən milli və dini baxımdan tolerant ölkə olduğunu diqqətə çatdırıb. Bildirib ki, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri bu torpaqlarda azad yaşayıblar.
Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev mövzu ilə əlaqədar  məruzəsində bildirilib ki, müasir dövrdəİslam həmrəyliyi radikalizmə qarşı ciddi mübarizə metodudur. V.Musayev öz növbəsində gənclərə radikal dini cərəyanların təsirinə düşməmək üçün müvafiq tövsiyələrini çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Əlizadə birlik və bərabərliyin İslam dininin təməl prinsipləri olduğunu diqqətə çatdırıb. Ölkəmizdə qarşılıqlı etimada və hörmətə əsaslanan milli-mənəvi dəyərlərin formalaşdığını qeyd edən natiq gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin və gənclərin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb.
Tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.