İƏT-in baş katibi: “Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması çox mühümdür”
25 aprel 2017, 07:22
“İslam Əməkdaşlıq Təşkilatının sülh, inkişaf və həmrəyliyə kömək göstərməsi çox vacibdir”. Bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Usaymin deyib. Təşkilat rəhbəri qeyd edib ki, ona görə də Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması çox mühümdür. “Bu, İƏT-in vacib üzv ölkəsi olan Azərbaycanın statusunu, dostluq, birlik və müsəlman dünyasında insanların dinc birgəyaşayışı üçün böyük səylərini vurğulayır”.
İslam Həmrəyliyi Oyunlarından da danışan baş katib vurğulayıb ki, bu, İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrində ən böyük idman tədbiridir: “İslam Həmrəyliyi Oyunları təkcə İslam həmrəyliyini yox, həm də İslamın həqiqi obrazını nümayiş etdirir”.