Dövlət Komitəsinin sədri Şuşada vətəndaşları qəbul edəcək
25 iyun 2026, 09:00

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 1-də Şuşa və Xankəndi şəhərləri, həmçinin Ağdam, Xocalı, Xocavənd və Ağdərə rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da Şuşa şəhərində (ünvan:Aslan Qaraşov küçəsi) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qarabağ regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.az, dk-qarabag@scara.gov.az) müraciət etmələri xahiş olunur.