Dövlət Komitəsinin sədri Bakı şəhərində vətəndaşları qəbul edib
29 yanvar 2026, 16:52
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər vəzifəli şəxslərinin 2026-cı il üzrə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitə sədri Ramin Məmmədovun yanvarın 29-da Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirilib.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.