Avqustun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran-Astara regional bölməsi və Cəlilabad şəhəri “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “İbadət ocaqları: dini və mədəni irsin qovşağında” mövzusunda tədbir keçirilib.
Cəlilabad şəhəri “Cümə” məscidində baş tutan tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin müdir müavini Pərvin İmanov, bölmə əməkdaşları Cavidan Rəşidov, Həsən Hümbətov, məscid dini icmasının sədri və imamı Mikayıl Mirzayev, həmçinin digər dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı ibadət ocaqlarının dini və mədəni irsimizi təşkil edən mühüm məkanlar olduğu qeyd edilib, ölkəmizdə tarixən mövcud olan zəngin tolerant və multikultural mühitdən bəhs olunub. Eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması və bu qədim abidələrin gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.