Azərbaycan nümayəndə heyəti Qarsda Ulu Öndərin abidəsini ziyarət edib
05 mart 2026, 13:47
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Martın 5-də nümayəndə heyəti Qars şəhərində yerləşən Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsini ziyarət edib. Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.