83 saylı məktəb-liseydə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib
18 aprel 2017, 08:22
Aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi,milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Binəqədi rayonu 83 saylı məktəb-liseydə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.
“Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşIarı Samir Yoldaşov və Amal Məlikov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, məktəb-liseyin tərbiyə işləri üzrə təşkilatçısı Aybəniz Əliyeva, müəllim, şagird və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəb-liseyin tərbiyə işləri üzrə təşkilatçısı A.Əliyeva dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə keçirilən görüşlərin əhəmiyyətini qeyd edib.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov multikulturalizm və tolerantlığın Azərbaycanda həyat tərzi olmasından bəhs edib. Bu dəyərlərin İslam həmrəyliyinə böyük töhfə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov birlik və bərabərliyin İslam dininin təməl prinsipləri olduğunu vurğulayıb. S.Yoldaşov gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətinə toxunaraq hər bir gəncin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.