Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.10.2016

"Mir Mövsüm Ağa" ziyarətgah kompleksi

"Mir Mövsüm Ağa" ziyarətgah kompleksi (Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi)

"Mir Mövsüm Ağa" ziyarətgah kompleksi Bakı şəhərinin Şüvəlan qəsəbəsində “qədim qəbiristan” deyilən ərazidədir. Kompleksin mərkəzində Ağa Seyidəli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi yerləşir.

Mir Mövsüm Ağanın məzarı üstündə 1992-ci ildə əvvəlcə kiçik məqbərə inşa edilmiş, daha sonra onun yerində möhtəşəm və əzəmətli abidə ucaldılmışdır. Kompleks qəbristan ərazisində yerləşdiyi üçün burada, demək olar ki, texnikadan istifadə edilməmiş, bütün işlər əl əməyi ilə görülmüşdür. Ümummilli Lider Heydər Əliyev dəfələrlə ziyarətgahda olmuş, yerli əhali və dindarlarla görüşmüşdür.