Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.06.2026

“Hacı Cavad” məscidinin imamı: “Dini dəyərlər qarşıdurmaya deyil sosial həmrəyliyə xidmət etməlidir”

“Hacı Cavad” məscidinin imamı İbrahim Quliyev: Müasir dövrdə dini dəyərlər qarşıdurmaya deyil, tolerantlığın, sosial həmrəyliyin və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət etməlidir”.

Bu fikirləri  “Hacı Cavad” məscidinin imamı İbrahim Quliyev jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, din qloballaşmanın alternativi deyil, onun mənəvi istiqamətverici qüvvəsidir. Qloballaşma insanları fiziki baxımdan, din onları ədalət, mərhəmət və mənəviyyat əsasında bir-birinə yaxınlaşdırır. Qloballaşma şəraitində əsas vəzifə cəmiyyəti dünyadan təcrid etmək deyil, milli və dini kimliyi qorumaqla qlobal proseslərdə fəal iştirak etməkdir və güclü mənəvi dəyərlər qlobal inteqrasiyaya maneə deyil, əksinə onun sağlam əsasını təşkil edir.