Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2026

Din xadimi İlkin Qayıbov: “Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği xüsusi əhəmiyyət daşıyır”

Müasir dövrdə dünyada baş verən siyasi, sosial və ideoloji dəyişikliklər gənclərin düşüncə tərzinə ciddi təsir göstərir”. Bu fikirləri Quba şəhərində “Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar” mövzusunda keçirilən regional konfransda iştirak edən  Quba rayonu, İkinci Nügədi kəndi "Molla Hud" məscidi dini icmasının sədri və imamı İlkin Qayıbov bildirib. O qeyd edib ki, informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və xarici təsirlərin artması bəzi hallarda gənclərin yanlış ideologiyalara meyl etməsinə səbəb olur. İ.Qayıbov vurğulayıb ki, xüsusilə radikalizm və ekstremizm kimi təhlükəli meyllər cəmiyyətin təhlükəsizliyi və milli birliyi üçün ciddi təhdid yaradır. Belə bir şəraitdə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği xüsusi əhəmiyyət daşıyır. Öz milli kimliyini, tarixini, adətnənələrini və mənəvi köklərini yaxşı bilən gənc radikal düşüncələrin təsirinə düşmür.

İlkin Qayıbov həmçinin bildirib ki, Azərbaycan xalqı əsrlərboyu zəngin milli-mənəvi irs formalaşdırmışdır. Onun sözlərinə görə, bu irsə vətənpərvərlik, tolerantlıq, humanizm və ailə dəyərləri kimi xüsusiyyətlər daxildir: “Bu dəyərlərin gənclər arasında təbliği onların sağlam düşüncəli, savadlı və vətəninə bağlı şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır”.