Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.06.2026 / Xəbərlər

TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərləri Fəxri Xiyabanı ziyarət ediblər

Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün iştirakçıları iyunun 29-da Bakı şəhərində Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Fəxri xiyabana gələn nümayəndə heyətləri Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.