Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.08.2026 / Xəbərlər

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edir:

İmam vəzifəsi üzrə:

1.    Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer

2.    Bakı şəhəri, Binəqədi rayonu “İmam Əli” məscidi – 1 yer

3.    Xaçmaz rayonu, Xudat şəhəri “İmam Hüseyn” məscidi – 2 yer

4.    Mingəçevir şəhəri “Heydər” məscidi – 1 yer

5.    Kürdəmir rayonu, Sığırlı kəndi “Fatimeyi Zəhra” məscidi – 1 yer

6.    Cəlilabad rayonu, Göytəpə şəhəri “İmam Zaman” məscidi – 1 yer

7.    Masallı rayonu Boradigah qəsəbə məscidi – 1 yer

8.    Masallı rayonu Qızılavar kənd məscidi – 1 yer

9.    Şirvan şəhəri “Zeynalabidin” məscidi – 1 yer

10. Hacıqabul şəhəri “Hacı Yadulla” məscidi – 1 yer

11. Salyan rayonu Xıdırlı kənd məscidi – 1 yer

12. Biləsuvar şəhəri “İmam Əli” məscidi – 1 yer

13. Şamaxı rayonu Qaleybuğurd kənd məscidi – 1 yer

14. İsmayıllı rayonu, Lahıc qəsəbəsi “Bədöyün” məscidi – 1 yer

İmam müavini vəzifəsi üzrə:

1.    Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Cəfəri Sadiq” məscidi – 1 yer

2.    Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi “Əli qədəmgahı” məscidi – 1 yer

3.    Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi “Cümə” məscidi – 1 yer

4.    Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi “Əli qədəmgahı” məscid ziyarətgahı – 1 yer

5.    Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbə məscidi – 1 yer

6.    Abşeron rayonu, Qobu qəsəbəsi “Əhlibeyt” məscidi – 1 yer

7.    Abşeron rayonu, Fatmayı qəsəbəsi "İmam Hüseyn" məscidi – 1 yer

8.    Xızı şəhəri, Xızı şəhər məscidi – 1yer

9.    Xaçmaz rayonu Nərəcan kənd məscidi – 1 yer

10. Xaçmaz rayonu Çiləgir kənd məscidi – 1 yer

11. Xaçmaz rayonu, İstisu qəsəbəsi “Şeyx Ömər” məscidi – 1 yer

12. Xaçmaz rayonu Yalama kənd məscidi – 1 yer

13. Xaçmaz rayonu Pirquluoba kənd məscidi – 1 yer

14. Qusar rayonu Mucuq-oba kənd məscidi – 1 yer

15. Zərdab rayonu Kəndəbil kənd məscidi – 1 yer

16. Sabirabad rayonu Qalaqayın kənd məscidi – 1 yer

17. Sabirabad rayonu Qaratuğay kənd (2) məscidi – 1 yer

18. Sabirabad rayonu Azadkənd kənd məscidi – 1 yer

19. Saatlı rayonu Seyidlər kənd məscidi – 1 yer

20. İmişli şəhər "İmam Rza" məscidi – 1 yer

21. İmişli rayonu Muradxanlı kənd "Həzrət Əli" məscidi – 1 yer

22. Lənkəran rayonu Separadi kənd məscidi – 1 yer

23. Lənkəran rayonu Lüvəsər kənd məscidi – 1 yer

24. Astara rayonu Rudəkənar kənd məscidi – 1 yer

25. Lerik rayonu Hamarmeşə kənd məscidi – 1 yer

26. Lerik rayonu Günəşli kənd məscidi – 1 yer

27. Cəlilabad rayonu Alar kənd məscidi – 1 yer

28. Masallı rayonu Hüseynhacılı kənd məscidi – 1 yer

29. Masallı rayonu Alışanlı kənd məscidi – 1 yer

30. Yardımlı rayonu Ostayır kənd məscidi – 1 yer

31. Salyan rayonu Şorsulu kənd məscidi – 1 yer

32. Neftçala rayonu, Bankə qəsəbəsi “Həzrət Əli” məscidi – 1 yer

33. Neftçala rayonu Xıllı qəsəbəsi “Fatimeyi-Zəhra” məscidi – 1 yer

34. Qəbələ rayonu Həzrə kənd məscidi – 1 yer

35. Balakən rayonu Mahamalar kənd məscidi – 1 yer

36. Ağdam rayonu Xındırıstan kənd məscidi – 1 yer

37. Qax rayonu "Mərkəzi Cümə" məscidi – 1 yer

Dini ayinlərin icraçısı – müəzzin vəzifəsi üzrə:

1.    Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Qədim Cümə” məscidi – 1 yer

2.    Quba rayonu Yenikənd kənd məscidi – 1 yer

3.    Şabran rayonu Aygünlü kənd məscidi – 1 yer

4.    Ağdaş rayonu Yuxarı Ləki kəndi “Məhəmmədəli” məscidi – 1 yer

5.    Ağdaş rayonu Qarağan Sədi kənd məscidi – 1 yer

6.    Zərdab rayonu Əlibəyli kənd məscidi – 1 yer

7.    Ucar rayonu Lək kənd məscidi – 1 yer

8.    Göyçay rayonu Potu kənd məscidi – 1 yer

9.    Göyçay rayonu Aşağı Qaraməryəm kənd məscidi – 1 yer

10. Hacıqabul rayonu, Muğan qəsəbəsi “Cümə” məscidi – 1 yer

11. Ağcabədi rayonu Rəncbərlər kənd məscidi – 1 yer

12. Ağcabədi rayonu Hacıbədəlli kənd məscidi – 1 yer

13. Bərdə rayonu Mollalı kənd məscidi – 1 yer

 

Müsahibədə iştirak etmək istəyən namizədlər 13 avqust 2026-cı il saat 9:00-dan 11 sentyabr 2026-cı il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada sened@scara.gov.az ünvanına və ya AMIN informasiya sistemi (amin.gov.az) vasitəsilə, yaxud kağız daşıyıcıda birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16. AZ 1001) təqdim edə bilərlər:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya şəxsiyyət vəsiqəsi barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və ya orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya həmin sənəd barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra müsahibənin keçirilməsi vaxtı və yeri barədə məlumat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında elan ediləcəkdir.

Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.

Əlaqə nömrəsi: +994 55 202 84 74

 

AMIN informasiya sistemi vasitəsilə sənədləri aşağıdakı linkdən istifadə etməklə təqdim etmək olar:

https://amin.gov.az/e-services/musahibe-sened-2