Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.10.2026 / Xəbərlər

Göygöldə “Birgəyaşayış mədəniyyətinin təşviqində din xadimlərinin rolu: Nəzəriyyədən strateji fəaliyyətə" mövzusunda təlim keçirilib

Oktyabrın 5-də Göygöldə “Birgəyaşayış mədəniyyətinin təşviqində din xadimlərinin rolu” mövzusunda təlim təşkil olunub.

Təlimdə çıxış edən AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev qloballaşma və qütbləşmə proseslərini təhlil edib. E.Mustafayev bildirib ki, informasiya texnologiyalarının sürətli inkişafı mədəniyyətlərarası dialoqu genişləndirsə də, fərqliliklərin yanlış yozulması dözümsüzlük və ayrı-seçkilik kimi təhdidləri artırır. O, birgəyaşayış mədəniyyətinin fərqli dünyagörüşlərinə hörməti və ümumi sosial məsuliyyəti özündə ehtiva edən mənəvi-ictimai münasibətlər sistemi olduğunu vurğulayıb.

Müxtəlifliyin qarşıdurma mənbəyi deyil, qarşılıqlı zənginləşmə imkanı olduğunu diqqətə çatdıran təlimçi, çıxışında cəmiyyətdə dinc yanaşı yaşama prinsiplərinin qorunması və inkişafı istiqamətində atılacaq addımlardan da bəhs edib.

Tədbir din xadimlərini maraqlandıran sualların cavablandırılması və mövzu ətrafında müzakirələrlə yekunlaşıb.