Dövlət Komitəsinin sədri Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin 2026-cı il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 21-də Bakıda vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşlar əsasən dini maarifləndirmə işlərinin genişləndirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı təklif və müraciətlərini diqqətə çatdırıblar.
Komitə sədri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib.


