Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.08.2026 / Bölgə xəbərləri

Zərdabda “Korrupsiya ilə mübarizədə mənəvi tarazlıq və dini dəyərlər” mövzusunda seminar keçirilib

Avqustun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsi, Zərdab rayon Heydər Əliyev Mərkəzi və Zərdab Gənclər Evinin birgə təşkilatçılığı ilə “Korrupsiya ilə mübarizədə mənəvi tarazlıq və dini dəyərlər” mövzusunda seminar keçirilib.

Tədbirdə regional bölmənin əməkdaşı Sədi Hüseynov, Gənclər Evinin əməkdaşı Cəvahir Murtuzayeva, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, din xadimləri və dindarlar iştirak ediblər.

Çıxışlarda korrupsiyanın cəmiyyət və inkişaf üçün yaratdığı təhlükələrdən bəhs olunub, həmçinin “2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti diqqətə çatdırılıb. Xüsusilə gənc nəsildə mənəvi tarazlığın qorunmasının, halal qazancın və dürüstlük prinsiplərinin vacibliyi vurğulanıb. Bildirilib ki, güclü qanunlar və sarsılmaz mənəvi dəyərlər birləşdikdə korrupsiyadan uzaq, ədalətli gələcək qurmaq mümkündür.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.