Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.10.2026 / Bölgə xəbərləri

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Saatlıda tədbir təşkil olunub

Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Mil-Muğan Regional Təhsil İdarəsi və Mil-Muğan regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Saatlı rayonunun Qara Nuru kəndində R.Səfərov adına tam orta məktəbdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq tərbiyəsi milli-mənəvi dəyərlər kontekstində” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Elvin İbrahimov, rayon Gənclər və İdman Sektorunun əməkdaşı Əmrah Əhmədov, Regional Təhsil İdarəsinin əməkdaşı Urşan Nuruşov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı uşaqların tərbiyəsində ailənin və təhsil müəssisələrinin mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, uşaqlara kiçik yaşlarından düzgün davranış qaydalarının öyrədilməsi, onlarda böyüklərə hörmət, kiçiklərə qayğı və məsuliyyət hissinin formalaşdırılması gələcəkdə sağlam cəmiyyətin qurulmasına xidmət edir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.