Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.08.2026 / Bölgə xəbərləri

Samuxda “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusu müzakirə olunub

Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi, Samux Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Rövşən Hacıyev, Samux Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Emin Şəmmədov və Rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Tural Qurbanov iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizm və radikalizmin yaratdığı ağır fəsadlar, onların cəmiyyətə, ailə institutuna və gənclərin gələcəyinə göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, ölkəmizdə dini radikalizmə və zərərli meyillərə qarşı mübarizə istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən bəhs olunub, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.