Gəncədə “Mənəvi dəyərlər kontekstində erkən nikahın fəsadları” mövzusu müzakirə olunub
Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin təşkilatçılığı ilə Gəncə şəhər “Həzrət Zeynəb” məscidində “Mənəvi dəyərlər kontekstində erkən nikahın fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Samirə Məmmədova, məscidin icma üzvü Lalə İsmayılova və digər icma üzvləri iştirak ediblər.
Çıxışlarda erkən nikahın səbəbləri, nəticələri və yaratdığı fəsadlardan bəhs edilib. Gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük rolunun olduğu vurğulanıb, erkən nikahların daha çox bilgisizlikdən və cəhalətdən irəli gəldiyi diqqətə çatdırılıb. Bu cür neqativ halların aradan qaldırılmasında maarifləndirmə tədbirlərinin davamlı olmasının və cəmiyyətin hər bir üzvünün bu prosesdə fəal iştirak etməsinin vacibliyi qeyd olunub.