Beyləqanda “Dinin təhrif olunmasının nəticələri: fanatizm və radikalizm” mövzusunda tədbir keçirilib
Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayonundakı “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Dinin təhrif olunmasının nəticələri: fanatizm və radikalizm” mövzusunda tədbir keçirilib.
Hərbi hissədə baş tutan tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, hərbi hissənin Qərargah rəisinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi Ülvi Məmmədli, Beyləqan rayonu Qarallar məscidinin imamı Səbuhi İbdaov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.
Çıxışlar zamanı fanatizm və radikalizmin mahiyyətindən bəhs olunaraq, onların cəmiyyətin iqtisadi, sosial və mədəni inkişafına ciddi maneə törətdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, formasından asılı olmayaraq, bu cür neqativ meyillərin əsas məqsədi öz maraqları naminə başqalarının hüquqlarını pozmaqdır. Müasir dövrdə dini radikalizmə, ekstremizmə və hər cür ifrata qarşı mübarizədə maarifləndirmənin əsas silah olduğu vurğulanıb, cəmiyyət olaraq belə hallara qarşı birgə mübarizə aparılmasının vacibliyi qeyd olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


