Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.08.2026 / Bölgə xəbərləri

Ağstafada “Korrupsiya ilə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir təşkil olunub

Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazax, Ağstafa və Tovuz rayon Qazılığının birgə təşkilatçılığı ilə Ağstafa şəhər Cümə məscidində “Korrupsiya ilə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Qüdrət Əliyev, komitənin əməkdaşları, QMİ-nin Qazax rayon qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı dini icmaların cəmiyyətdə dürüstlük, ədalət, vicdan, məsuliyyət və haqq kimi mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, din xadimləri korrupsiyanın mənfi nəticələri barədə insanları maarifləndirməli, onun həm hüquqi, həm də mənəvi baxımdan yolverilməz olduğunu izah etməlidirlər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müvafiq təkliflər dinlənilib.