Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.04.2016 / Multikulturalizm ili

Zaqatalada multikulturalizm mövzusunda tədbir keçirilib

Aprelin 19–da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə Zaqatala rayonu Əliabad İslam Mədrəsəsində “Multikultralizm Azərbaycanın milli-dini dəyərlərinin gözü ilə” adlı tədbir keçirilib. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, mədrəsənin müəllim və şagirdləri, icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov açaraq Azərbaycanda qədimlərdən mövcud olan çoxmədəniyyətliliyin formalaşmasında və inkişafında milli-dini dəyərlərin rolundan danışıb, bu gün dövlətin həmin istiqamətdə apardığı siyasət barədə məlumat verib.
Daha sonra çıxış edən Əliabad qəsəbəsi Cümə məscidinin icma sədri Darçın Məmmədov da Azərbaycanda, o cümlədən çoxmillətli Zaqatala rayonunda mövcud olan multikultral mühitdən və dövlətin bu sahəyə olan qayğısından bəhs edib.
Mədrəsənin müəllimi Malik Bilalov isə İslam dininin çoxmədəniyyətliliyə baxışı, İslam peyğəmbəri Həzət Məhəmmədin çoxmədəniyyətliliklə bağlı kəlamlarından söhbət açıb.
Sonda çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İlqar Vəliyev rayon icra hakimiyyətinin bu sahədəki fəaliyyəti barədə geniş məlumat verərək, rayonda mövcud olan multikultural şəraitin qorunub saxlanılmasının hər bir vətəndaşın borcu olduğunu vurğulayıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.