Ucar rayonunda “Heydər Əliyev, milli-mənəvi dəyərlər, multikulturalizm və tolerantlıq” mövzusunda tədbir keçirilib
Mayın 13-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qazıqumlaq kəndində yerləşən şəhid Sadıq Salahov adına 1 saylı tam orta məktəbdə “Heydər Əliyev, milli-mənəvi dəyərlər, multikulturalizm və tolerantlıq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Rauf Nəsirov, məktəbin direktoru Rəhim Rəhimov, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirdə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Rauf Nəsirov, məktəbin direktoru Rəhim Rəhimov, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan orta məktəbin direktoru Rəhim Rəhimov 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirərək, ölkəmizdə olan tolerant dəyərlərdən və multikultural ənənələrdən söhbət açıb.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev dünyada sabitlik adası olan Azərbaycanda multikulturalizmin həyat tərzi olduğunu iştirakçıların diqqətinə çatdırıb. Ümummilli Liderimiz Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq tolerantlığın daha da möhkəmlənərək bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini söyləyib.
Tədbirdə, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tərəqqi medalına layiq görülmüş orta məktəbin müəllimi Rafiq Rəhimov, Xaliq Sadıqov və DQİDK-nIn Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər.
Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən multikulturalizm siyasəti cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin bərabərhüquqlu şəkildə, bir ailə kimi yaşaması bütün dünya üçün unikal bir nümunə olaraq qiymətləndirilməkdədir.
Tədbirdə Ümmumilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “İnşa və əl işi” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Geniş fikir mübadiləsinin aparıldığı tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.
.jpg)


