Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2016 / Multikulturalizm ili

Şəkidə "Azərbaycandakı multikulturalizm ənənələrinə baxış" mövzusunda sərgi keçirilib

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Şəki bölgəsi üzrə şöbəsinin  və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycandakı  multikulturalizm ənənələrinə baxış" mövzusunda sərgikeçirilib. Təşkil olunmuş sərgidə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Ruslan Mobili, Şəki mədəniyyət və turizm şöbəsinin müdiri  Mirvari Zeynalova, Şəki şəhər Heydər Əliyev Mərkəzinin  direktoru Zeyneb Məmmədova, mərkəzin işçiləri, Şəki şəhər 7 nömrəli orta məktəbin təşkilatçı müəllimi Samirə  Şəmiyeva, ictimaiyyət  və mətbuat nümayəndələri, həmçinin  bölgədə yaşayan avar, ləzgi, rus və Alban–udi millətlərinin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki mədəniyyət və turizm şöbəsinin müdiri  Mirvari Zeynalova Azərbaycandakı  multikulturalizm dəyərləri haqqında məlumat verib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev və Şəki şəhər Heydər Əliyev Mərkəzinin  direktoru Zeyneb Məmmədova "Azərbaycandakı  multikulturalizm ənənələrinə baxış" mövzusu ətrafında çıxış ediblər.
Daha sonra sərgidə iştirak edən azsaylı millətlərin təmsilçiləri mahnı və rəqslərdən ibarət səhnələr və onlara aid  geyimləri, məişət əşyaları, kitabları, rəsm əsərlərini və  xalçaları nümayiş etdiriblər.
Sonda sərgidə iştirak edən azsaylı millətlərin nümayəndələri həm öz dillərində , həm də azərbaycan dilində çıxış edərək Azərbaycandakı multikultural və tolerant mühitin yaradılmasına görə ölkə rəhbərliyinə  öz minnətdarlıqlarını bildiriblər.