Qusarda “Azərbaycan multikulturalizmi birgəyaşayışın ən yaxşı nümunəsidir” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə maarifləndirmə tədbirləri keçirilir. Mayın 18-də Qusar rayonu Avaran kənd məscidi dini icmasının “İslam qardaşlıq dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Qusar rayonu Xürel kənd tam orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Qusar Rayon İcra Hakimiyyəti başçısının Avaran kəndi üzrə nümayəndəsi Sabir Fərzəliyev, Xürel kənd tam orta məktəbin direktoru Rübabə Xasmətova, Avaran kənd məscidi dini icmasının sədri və üzvləri, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İcma sədri Əmrah Əmrahov tədbiri açaraq layihənin məqsədi barədə məlumat verib. DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev İslam dininin tarixi, eləcə də dövlət-din münasibətləri barədə geniş məlumat verib. Tədbirdə daha sonra çıxış edən natiqlər dövlətin dinə qayğısı ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
.png)


.png)