Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.04.2016 / Multikulturalizm ili

“Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Keşlə qəsəbəsində yerləşən 312 saylı tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Əli Axundov, şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəbin direktoru Yaqut Həsənova, Keşlə qəsəbəsi “Şah Abbas” Cümə məscidinin axundu Sirac Səfərov, qəsəbə ziyalıları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov multikultural dəyərlərin əhəmiyyətindən söhbət açaraq bu kimi tədbirlərin şagirdlər üçün vacib olduğunu bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev multikulturalizm anlayışı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Faiq Ələkbərov, Xalid Məmmədov, Keşlə qəsəbəsi “Şah Abbas” Cümə məscidinin axundu Sirac Səfərov  və digər natiqlər Azərbaycanda mövcud olan tolerant mühitdən və multikulturalizmin ictimai faydasından söhbət açıblar.
Tədbirdə geniş fikir mübadiləsi aparılıb və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.