Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2017 / İslam Həmrəyliyi İli

Xaçmazda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbir keçirilib

İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda “İslam Həmrəyliyi İli" çərçivəsində görülən işlər barədə "Dini sahədə nailiyyətlər və uğurlar” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev və şöbənin əməkdaşları, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, DTX-nın Xaçmaz rayon şöbəsinin əməkdaşı Ruslan Dəmirov, rayonda fəaliyyət göstərən dini icma sədrləri, imam, axund və dini ayinlərin icraçıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xaçmaz RİH başçısı Aparatının nümayəndəsi Ceyhun Musayev Xaçmaz rayonunda maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında “İslam Həmrəyliyi İli” çərçivəsində Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin həyata keçirdiyi çox saylı tədbirləri qeyd edərək bildirib ki, Xaçmaz rayonunda da bu ilin birinci yarısında kifayət qədər maarifləndirici tədbirlər həyata keçirilib. O, xüsusi olaraq vurğulayıb ki, radikallığa meyillənmə hallarının azalmasında məhz dini sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətli dərəcədə rolu vardır.
DTX-nın Xaçmaz rayon şöbəsinin əməkdaşı Ruslan Dəmirov dini radikalizm nəticəsində dünyada baş verən müharibələrin acı nəticələrindən danışıb. Natiq bildirib ki, bu sahədə Azərbaycanda tam sabitlik hökm sürməkdədir və bundan sonra da ölkəmiz üçün hər hansı təhlükə gözlənilmir.
Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.