Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.07.2017 / İslam Həmrəyliyi İli

Qəbələdə “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” müzakirə edilib

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələdə Hacıalılı kənd məscidi dini icmasının icra etdiyi “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qəbələ RİH-in başçısı Aparatının İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini –dini qurumlarla işin təşkilatçısı Abdsalam Hüseynov, kəndin icra nümayəndəsi Abdulla Tapdıqov, Hacıalılı kənd məscidi dini icmasının sədri Mehman Səfiyev, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icmanın sədri Mehman Səfiyev layihənin icrası haqqında məlumat verib.
Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov İslamda vəhdətin əhəmiyyətindən danışıb. O, İslam həmrəyliyinin milli-mənəvi dəyərlərimizin gücləndirilməsində mühüm rol oynadığını iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra çıxış edən Qəbələ RİH-in başçısı Aparatının İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Abdsalam Hüseynov layihənin və maarifləndirmə tədbirlərinin cəmiyyətimiz üçün dəyərləri, cənab Prezident İlham Əliyevin dini sahəyə qayğısı barədə danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.