Pirallahıda “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib
Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Pirallahı rayonu "Pirallahı" məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşı Hatəm Gülməmmədov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, "Pirallahı" məscidi dini icmasının sədri Elçin Baxşıyev, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Dini icmanın sədri E.Baxşıyev tədbirlə bağlı ümumi məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Qurani-Kərimin bəzi ayələrini şərh edən icma sədri, dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa sahib olmağa, birlik və həmrəyliyə çağırdığını bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri A.Kazımov müasir dövrdə İslam dünyasının daha çox həmrəyliyə və vəhdətə ehtiyacı olduğunu söyləyib, eyni zamanda ölkəmizin bu sahədə müsəlman dünyası ilə əməkdaşlığının perspektivlərindən və ölkə başçısının İslam dini abidələrinə, din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı V.Babayev cari ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən və ölkəmizin İslam dünyasına verdiyi töhfələrdən, keçirilən maarifləndirici tədbirlərin effektivliyindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov Azərbaycan cəmiyyətində multikultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinsipinə çevrildiyini qeyd edib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.