Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.06.2017 / İslam Həmrəyliyi İli

Nərimanovda “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda tədbir təşkil olunub

İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov rayonu S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında “İslam Həmrəyliyi İli” çərçivəsində “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda  tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Hatəm Gülməmmədov və Vasif Musayev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Toğrul Əliyev, məktəbin direktoru Xuraman Osmanova, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru X.Osmanova dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib. Azərbaycanın milli və dini baxımdan hər zaman tolerant ölkə olduğunu vurğulayan məktəb direktoru əsrlərboyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin ölkəmizdə azadlıq və dostluq mühitində yaşadıqlarını diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı V.Musayev İslam həmrəyliyinin dini radikalizmə qarşı ciddi mübarizə metodu olduğunu qeyd edib. O, eyni zamanda gənclərə radikal dini cərəyanların təsirinə düşməmək üçün müvafiq tövsiyələrini çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov isə birlik və bərabərliyin İslam dininin təməl prinsipləri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.