Masallıda “İslam həmrəyliyinin təbliğində media ilə dini icmaların birgə əməkdaşlığına dəstək” mövzusunda tədbir keçirilib
İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və “Jurnalist Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Masallı şəhər Gənclər Mərkəzində “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyinin təbliğində media və dini icmaların birgə əməkdaşlığına dəstək” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və əməkdaşı Kamil Bağırov, “Jurnalist Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə, Masallı Rayon Təhsil şöbəsinin əməkdaşı Əyyar Bürhanov, eləcə də ziyalılar, icma sədrləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bu ilin ökləmizdə “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyindən söhbət açıb.
“Jurnalist Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə İslam həmrəyliyinin təbliğində medianın rolundan danışıb.
Masallı Rayon Təhsil şöbəsinin əməkdaşı Əyyar Bürhanov, icma sədri Məhəmməd Rzazadə və başqaları gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyətinə toxunub.
Diskussiya şəklində keçən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.