Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.06.2017 / İslam Həmrəyliyi İli

Lerikdə “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” layihəsi uğurla icra olunur

İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lerik rayonu Lüləkəran  kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev, Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Dövlət Təhlükəsizliyi Xidmətinin Lerik rayon şöbəsinin rəis müavini Vahid Mirzəyev, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi, Lerik şəhər “Cümə” məscidinin axundu İlham Əliyev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, dini icma üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran  bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov İslam dininin sülh və həmrəylik dini olduğunu bildirərək ölkəmizdə tolerant  mühitin mövcudluğunu, məzhəblər arasında ayrı-seçkiliyin olmamasını diqqətə çatdırıb. Ənənəvi islami dəyərlərin təbliğ olunmasının dini radikalizmə qarşı mübarizədə önəmli rol oynadığını qeyd edən V.Şahbazov Dövlət Komitəsinin bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirdiyini vurğulayıb.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyətini qeyd edərək ölkəmizdə müxtəlif dinlər arasında qarşılıqlı hörmətin hökm sürdüyünü, tolerant və multikultural mühitin mövcudluğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Digər natiqlər çıxışlarında humanist və sülhsevər ideyalarla, dəyərlərlə zəngin olan İslam dininin olduğu kimi təbliğ olunmasının vacibliyini qeyd edərək dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin gücləndirilməsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir cənab Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən keçirilib.