Lənkəranda "İslam Həmrəyliyi İli" ilə bağlı tədbir keçirilib
Aprelin 25-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Lənkəran rayonu Şağlaser kəndində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov, din xadimləri, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Azərbaycanın tarixən çoxmədəniyyətli ölkə olduğunu, tolerant və multikultural dəyərlərin xalqımızın həyat tərzini təşkil etdiyini bildirib.
AMEA-nın doktorantı, ilahiyyatçı Samid Quliyev ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığını deyib.
Şağlaser kənd tam orta məktəbinin tarix müəllimi Zəfər İbrahimov tolerantlığın və multikulturalizmin Azərbaycan xalqının birgəyaşayış ənənəsini təşkil etdiyini vurğulayıb.
Din xadimi Anar İbrahimov isə İslam dininin tolerant din olduğunu, digər dinlərin nümayəndələrinə hörmətlə yanaşdığını qeyd edib.
Şağlaser kənd tam orta məktəbinin müəllimi Akif Miriyev ölkəmizin müxtəlifliyə, çoxmədəniyyətliyə zənginlik kimi yanaşan ölkə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.