Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.04.2017 / İslam Həmrəyliyi İli

“İslam həmrəyliyi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib

Aprelin 20-də Sabirabad rayon Əsgərbəyli kənd “İmam Əli” adına kənd məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimiz və  müasirlik” layihəsi çərçivəsində “İslam həmrəyliyi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi”  mövzusunda maarifləndirici tədbir keçirilib.        
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad rayon  Əsgərbəyli kəndi “İmam Əli” adına məscidin dini icmasının sədri Zakir Əliyev, icmanın dini ayinlərinin icraçısı Ağaverdi Bağırov, kənd bələdiyyə sədri Cəmil Məmmədov, Sabirabad rayon Əsgərbəyli kənd Murad Hüseynov adına tam orta məktəbin müəllimləri, ziyalılar və kənd ağsaqqalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Əsgərbəyli kəndi “İmam Əli” adına məscidin dini icmasının sədri Zakir Əliyev İslam dininin humanizm, dözümlülük xüsusiyyətlərini aşıladığını, eyni zamanda insanlara dostluq, qardaşlıq, sülh yolu göstərdiyini bildirib. O, ölkəmizin İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini qeyd edərək bildirib ki, ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması da məhz Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov öz çıxışında Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib, ölkəmizin tolerantlıq və multikultural dəyərlərinin dünyaya nümunə olduğu kimi İslam həmrəyliyi çağırışının da dünyaya örnək olacağına ümidvar olduğunu bildirib.
Çıxış edən natiqlər bu cür tədbirləri  yüksək qiymətləndirərək, dövlətimizin dinə qayğısından, milli-mənəvi dəyərlərimizin təbliği işindən, tolerant və multikultural dəyərlərdən  söhbət açıblar.      
Sonda tədbir iştirakçılarına  Dövlət Komitəsi tərəfindən çap edilmiş dini ədəbiyyatlar paylanılıb və onları  maraqlandıran suallar cavablandırılıb.