“İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda tədbir keçirilib
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Ağcabədi rayonu Salmanbəyli kənd “Heydər” məscidi dini icması tərəfindən Salmanbəyli kənd Əlfi Məmmədov adına tam orta məktəbdə “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, Ağcabədi RİH başçısının Salmanbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Soltanov, Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov, Salmanbəyli kənd Əlfi Məmmədov adına tam orta məktəbin direktoru Gülbikə Məmmədova, kənd ağsaqqalları, icma üzvləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov İslam həmrəyliyinin məzhəb ayrı-seçkiliyinə qarşı mübarizədə önəmli rol oynadığını bildirib.