İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı mövzusu Ağcabədidə müzakirə edilib
Mayın 5-də Ağcabədi rayonu Salmanbəyli kənd “Heydər” məscidi dini icması tərəfindən Salmanbəyli kənd Əlfi Məmmədov adına tam orta məktəbdə “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov, kənd ağsaqqalları, icma üzvləri, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov açaraq layihə çərçivəsində keçirilmiş tədbirlərin əhəmiyyəti barədə danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda məruzə edib.
Daha sonra kənd ağsaqqalları və məktəbin müəllimləri mövzu ilə bağlı çıxış ediblər.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.