Göyçayda “İslam Həmrəyliyinin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib
Mayın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Bığır kənd Mədəniyyət Evində “İslam Həmrəyliyinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RİH başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əlgünəş Qurbanov, Bığır kənd məscidi dini icmasının sədri Əliyusif Həsənov, Müstəqil Respublika qəzetinin müxbiri Xanlar Məmmədov, məktəb müəllimləri və kənd sakinləri iştirak ediblər.
Çıxışlar zamanı 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasından, xalqımızın tolerantlıq ənənələrinin bu gün dünya ölkələrinə nümunə olmasından bəhs olunub. Eyni zamanda Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğu, İslam intibahının bərqərar olmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.