Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.08.2017 / İslam Həmrəyliyi İli

Goranboyda “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib

Avqustun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Goranboy rayon Xanqərvənd kənd məscidi dini icması tərəfindən “Dini ekstremizmin qarşısının alınmasında İslam həmrəyliyinin rolu” adlı layihə çərçivəsində “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və şöbənin digər əməkdaşları, Xanqərvənd kənd məscidi dini icmasının sədri Rəsul Həşimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev müasir dövrdə İslam dünyasının daha çox həmrəyliyə və vəhdətə ehtiyacı olduğunu söyləyib, eyni zamanda ölkəmizin bu sahədə müsəlman dünyası ilə əməkdaşlığının perspektivlərindən və ölkə başçısının İslam dini abidələrinə, din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib.
İcma sədri Rəsul Həşimov çıxışında ölkəmizdə islami dəyərlərə verilən yüksək qiymətdən söhbət açaraq bildirib ki, dinimiz terrorizmə həmişə “yox” deyib. Qurani-Kərimin bəzi ayələrini şərh edən icma sədri, dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa  sahib olmağa, birlik və həmrəyliyə çağırdığını qeyd edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.