Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.07.2017 / İslam Həmrəyliyi İli

Gədəbəydə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

İyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Gədəbəy RİH başçısının birinci müavini Qüdrət Paşayev, din xadimləri, dini icma sədrləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev seminar-müşavirəni giriş sözü ilə açaraq bildirib ki, Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın iş planına əsasən rayonun bütün kəndlərini əhatə etməklə 11 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə ictimaiyyət nümayəndələrinin, məktəb kollektivlərinin, gənclərin və dindarların iştirakı ilə seminar-müşavirələr təşkil edilib. Rayon İcra Hakimiyyəti başçısı Aparatı dini məsələlərlə bağlı hüquq-mühafizə orqanları, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi və rayonda fəaliyyət göstərən dini icmalarla qarşılıqlı əməkdaşlıq şəraitində bundan sonra da maarifləndirmə tədbirləri davam etdirəcək.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında bildirib ki, dövlət-din münasibətlərinin əsas prioritetlərindən biri ölkədə mövcud olan tolerant mühitin qorunması, müxtəlif dini konfessiyalara mənsub dini icmaların öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməsidir. DQİDK sədrinin birinci müavini ölkəmizdə milli-mənəvi və islami dəyərlərin qorunması, dini konfessiya nümayəndələrinin birlik, mehribanlıq şəraitində yaşamasının vacibliyindən danışaraq  keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar görülən işlər haqqında məlumat verib.
Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov rayonda dövlət və din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib, dini radikalizmlə mübarizədə, İslam həmrəyliyinin təbliğində rayon ictyimaiyyətinin, gənclərin, din xadimlərinin fəal olmalarının vacibliyindən söz açıb.
Seminar-müşavirənin sonunda iştirakçıları maraqlandırın suallar cavablandırılıb.