Cəlilabadda "İslam Həmrəyliyi İli" ilə bağlı tədbir keçirilib
Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Cəlilabad Rayon İcra Hakimiyyəti və ADPU-nun Cəlilabad filialının birgə təkilatçılığı ilə elmi-praktik konfrans keçirilib.
Konfransda DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Cəlilabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov, QMİ-nin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, universitetin müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Cəlilabad filialının direktor müavini Eyvaz Məmmədov qeyd edib ki, ölkə başçısının 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi ali və orta ixtisas müəssisələrinin qarşısında da mühüm vəzifələr qoyub. Natiq vurğulayıb ki, bu məqsədlə Tahsil Nazirliyi və DQİDK-nın birgə əmri ilə təsdiq edilmiş Fəaliyyət Planına əsasən ali təhsil müəssisələrində də geniş maarifləndirmə işi aparılır.
“İslam həmrəyliyi radikalizmə “yox” deyir” adlı məruzə ilə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub və gənc nəslin sağlam ruhda formalaşmasına xidmət edir. M. Bədirov ölkəmizdə radikalizm və ekstremizmlə bağlı görülən işlərdən, bu məqsədlə çəkilmiş “Fitnə” filmindən də danışıb.
“İslam həmrəyliyi radikalizmə “yox” deyir” adlı məruzə ilə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirib ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub və gənc nəslin sağlam ruhda formalaşmasına xidmət edir. M. Bədirov ölkəmizdə radikalizm və ekstremizmlə bağlı görülən işlərdən, bu məqsədlə çəkilmiş “Fitnə” filmindən də danışıb.
Cəlilabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov çıxış edərək, “İslam Həmrəyliyi İli”nin gənclərimizin qarşısına qoyduğu perspektivlərdən danışıb.
QMİ-nin Cəlilabad ryonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, ağsaqqal Hacı Həmzəxan Məmmədov, tələbə Etibar Zamanlı və başqaları çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunması sahəsində aparılan tədbirlərdən söhbət açıblar .
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.
(105).jpg)
(104).jpg)
(152).jpg)